Xankəndi Stadionunda hansı komandalar oynayacaq? – Rəsmi açıqlama

Xankəndi Stadionunda hansı komandalar oynayacaq? – Rəsmi açıqlama

Hazırda oxunan: Xankəndi Stadionunda hansı komandalar oynayacaq? – Rəsmi açıqlama
646511
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Peşəkar Futbol Liqası bu gün Prezident İlham Əliyev tərəfindən açılışı edilən Xankəndi Stadionunda hansı komandaların oynayacağını açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI: Xankəndi stadionu yenidənqurmadan sonra belə görünür - Foto


Bizim.Media xəbər verir ki, qurumun Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən açıqlamada Birinci Liqa təmsilçiləri "Xankəndi" və MOİK-in orada oynayacağı bildirilib.

"İlk olaraq, cənab Prezidentə Zəfər Günü ərəfəsində AFFA, PFL, ümumilikdə bütün futbol ailəsinə, bu idman növünə könül verən hər kəsə daha bir xoş xəbərə görə dərindən təşəkkür etmək istərdik.
 

Ölkə başçısının tapşırığı və Gənclər və İdman Nazirliyinin xüsusi əməyi sayəsində Azərbaycan futbolu möhtəşəm bir stadion qazandı. Xankəndi Şəhər Stadionunun əsaslı təmir edilərək UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun qurulması burada beynəlxalq matçların keçirilməsinə də imkan verir. Deməli, stadionun orada sosial həyata təsir edəcəyi şübhəsizdir.


Bilirsiniz ki, Xankəndidə Qarabağ Universiteti də fəaliyyət göstərir. Deməli, gənclər istər könüllü, istərsə də rəsmi kimi iştirakçı olmaq imkanı da əldə edəcəklər. Bu halın şəhərin digər sakinlərinə də şamil olunacağı şübhəsizdir.

Matçlara gəldikdə, burada 1-ci Liqada çıxış edən "Xankəndi" və MOİK komandaları meydan sahibi kimi çıxış edəcək. Ən yaxın zamanda bu komandaların ev oyunlarını burada keçirməsi gündəmdədir", - məlumatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO