
- A-
- A
- A+
Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb
Paraqvayda Senatın Prezident Santyaqo Penyanı vəzifəsindən kənarlaşdırmasından sonra vitse-prezident Pedro Alliana and içərək ölkənin yeni dövlət başçısı olub.
Bizim.Media xəbər verir ki, Paraqvay Konqresində keçirilən növbədənkənar iclasda and içən Alliana daha sonra çıxış edib.
O, maliyyə böhranından zərər çəkən vətəndaşlara dəymiş zərərin tam ödəniləcəyini vəd edib.
“Verdiyim vəd tamamilə konkretdir: hazırda maliyyə çöküşü səbəbindən çətin günlər yaşayan vətəndaşlarımıza dəymiş zərər tam şəkildə ödəniləcək. Biz onları tək qoymayacağıq”, – prezident bildirib.
Qeyd edək ki, 52 yaşlı Alliana 2023-cü ildən Santyaqo Penyanın vitse-prezidenti vəzifəsində çalışıb. O, 2028-ci ilin avqustunadək prezidentlik müddətinin qalan hissəsini başa çatdıracaq.
Qeyd edək ki, Santyaqo Penya Ueno Bankın iflası ilə əlaqəli maliyyə qalmaqalından sonra Senatın qərarı ilə vəzifəsindən kənarlaşdırılıb. Senatın 44 üzvü onun impiçmentinə səs verib. Bundan sonra sabiq prezident ev dustaqlığına göndərilib.
Məlumata görə, ölkənin təxminən 6,1 milyon əhalisinin 2,9 milyonuna xidmət göstərən Ueno Bank noyabrın 3-də maliyyə vəziyyətinin pisləşməsi səbəbilə fəaliyyətinə müdaxilə edilməsi ilə üzləşib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































