İnsan alveri və fahişəliyə cəlb etmə ittihamları ilə azadlıqdan məhrum edilən amerikalı repçi və musiqi prodüseri Şon Koms (Diddy) həbsxanada təmtəraqlı həyat tərzi sürür və digər məhbuslara müxtəlif xidmətlər üçün pul ödəyir.
Bizim.Media "NBC News" telekanalına istinadən xəbər verir ki, Nyu-Cersidəki "Fort-Dix" federal həbsxanasında cəza çəkən repçi ilə eyni korpusda olan keçmiş məhbusların verdiyi məlumata görə, Diddy həbsxanada özünə xüsusi şərait yaradıb.
Onun üçün yemək hazırlayan, təmizlik işləri aparan, çarpayısını düzəldən, paltarlarını yuyan və hətta masaj edən xüsusi məhbuslar var.
Bundan əlavə, telekanalın əldə etdiyi foto və video materiallara əsasən, Diddy həbsxanaya qaçaqmalçılıq yolu ilə gətirilmiş telefondan istifadə edir. Mənbələr onun "Instagram" lentinə baxdığını, keçmiş sevgilisindən açıq-saçıq fotolar aldığını, digər məhbuslardan antidepressantlar satın aldığını və nəzarətçilər tərəfindən içəri keçirilən spirtli içkiləri içdiyini bildirirlər.
Ulduz bu həyat tərzini sürdürmək üçün ayda minlərlə dollar xərcləyir.
Pullar isə həbsxanadan kənarda olan şəxslər tərəfindən ona xidmət göstərən məhbusların hesablarına köçürülür.
Diddinin rəsmi nümayəndəsi isə ittihamları rədd edərək medianın adi həbsxana həyatını şouya çevirdiyini və repçinin sadəcə apellyasiya məhkəməsinin qərarını gözlədiyini bəyan edib.
Qeyd edək ki, Diddy keçən ilin oktyabrında 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
14:20 / 30.09.2026
Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir
Hazırda oxunan: Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir
Hazırda oxunan: Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir
639605
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































