Bu ölkələr "Avroviziya"ya qatıla bilməyəcək

Bu ölkələr "Avroviziya"ya qatıla bilməyəcək

Hazırda oxunan: Bu ölkələr "Avroviziya"ya qatıla bilməyəcək
631147
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Avroviziya” mahnı müsabiqəsinin təşkili ilə bağlı qaydalarda dəyişiklik edilib.

Bizim.Media Axşam.az-a istinadla xəbər verir ki, yeni qaydalara əsasən, silahlı münaqişə aparan ölkə müsabiqəyə ev sahibliyi edə bilməyəcək.
 

Avropa Yayım İttifaqının (EBU) açıqlamasında bildirilib ki, qalib ölkədə və ya ona yaxın ərazidə baş verən silahlı münaqişə, mürəkkəb geosiyasi vəziyyət və digər hallar təhlükəsizliyə və ya sabitliyə ciddi təsir göstərərsə, həmin ölkənin yayımçısı müsabiqəni keçirmək hüququndan avtomatik məhrum ediləcək.


Belə vəziyyətdə EBU müsabiqəyə ev sahibliyi etmək üçün başqa ölkə seçəcək. Yeni ev sahibi müsabiqəni qalib ölkənin adından deyil, öz adından təşkil edəcək.

Qeyd edək ki, 2022-ci ildə “Avroviziya”nın qalibi Ukrayna olmuşdu. Rusiya-Ukrayna müharibəsi səbəbindən 2023-cü ildə müsabiqənin Ukraynada keçirilməsi mümkün olmayıb. Nəticədə “Avroviziya-2023” Böyük Britaniyanın Liverpul şəhərində təşkil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO