Natalya Trubnikova dünyasını dəyişdi – FOTO

Natalya Trubnikova dünyasını dəyişdi – FOTO

Hazırda oxunan: Natalya Trubnikova dünyasını dəyişdi – FOTO

630457

Rusyalı balerina və aktrisa Natalya Trubnikova dünyasını dəyişib.
 
Bizim.Media xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
 
Bildirilib ki, 72 yaşlı sənətçi Moskvada Tverskoy rayonundakı mənzilində qonşusu tərəfindən ölü vəziyyətdə tapılıb.
 

Məlumata görə, qadınlar əvvəlki gün səhər saatlarında söhbət ediblər, lakin axşama doğru aktrisa zənglərə cavab verməyib. Vəziyyəti yoxlamaq üçün mənzilə gələn qonşu Trubnikovanın hərəkətsiz vəziyyətdə olduğunu görüb. Məlum olub ki, o, divanda oturarkən dünyasını dəyişib. Aktrisa Parkinson xəstəliyindən əziyyət çəkirdi.


Trubnikova "31 iyun" musiqili nağıl-filmindəki şahzadə “Melisenta” rolu ilə məşhurlaşmışdı. O, həmçinin "Sevgi düsturu" və "On iki stul" kimi filmlərdə rol almış, Stanislavski və Nemiroviç-Dançenko adına Musiqili Teatrın səhnəsində çıxış etmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO