Məşhur türkiyəli aktrisa Melek Baykal dünyasını dəyişən həmkarı Zihni Göktayla bağlı instaqram hesabında təsirli paylaşım edib.
Bizim.Media xəbər verir ki, aktrisa illər əvvəl yayımlanan “Cennet Mahallesi” serialında “Ethem” obrazını canlandırmış tərəf müqavilinin fotosunu paylaşaraq “Beter Əliyə salam de, Ethem..." sözlərini yazıb.
“O tərəf necə də şanslıdır... Siz oradasınız artıq. Bu dünyadan bir usta keçdi... Geridə gülüşlər, dostluqlar və unudulmaz xatirələr buraxaraq.
"Beter Əliyə salam de, Ethem..." Əminəm ki, indi yenə eyni masadasınız... Eyni sevinclə, eyni dostluqla... Biz gələnə qədər çox gülməyin... Nur içində yatın, əziz Zihni Göktay. Bəzi alqışlar heç vaxt dayanmaz... Siz də bu alqışların arasında yaşayacaqsınız” – deyə M.Baykal paylaşımda qeyd edib.
Qeyd edək ki, Melek Baykal Türkiyədə illər öncə yayımlanan və indi də populyar olan “Cennet Mahallesi” serialında “Pembe” rolunu canlandırıb.

Melisa, Bizim.Media



































































































