Ağır əməliyyat keçirən məşhur aktyorun SON HALI – FOTO

Ağır əməliyyat keçirən məşhur aktyorun SON HALI – FOTO

Hazırda oxunan: Ağır əməliyyat keçirən məşhur aktyorun SON HALI – FOTO

621027

Uğurlu qaraciyər transplantasiyası (köçürülməsi) əməliyyatından sonra yenidən sağlamlığına qovuşan tanınmış türk aktyoru Ufuk Özkanın son görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, ailəsi ilə birlikdə fotoşəkil paylaşan aktyorun olduqca gümrah və gülümsər olması pərəstişkarlarını sevindirib.

Keçən dövr ərzində sirroz diaqnozu qoyulan və ciddi tibbi müalicə prosesindən keçən məşhur aktyor çətin günləri artıq geridə qoyub. Əməliyyatdan sonra sürətlə sağalan və köhnə formasına qayıdan Özkanın enerjili görünüşü onun yaxın zamanda yenidən çəkiliş meydançalarına və yeni layihələrə qayıdacağından xəbər verir.

Qeyd edək ki, Ufuk Özkan 1975-ci ildə Almaniyada doğulmuş türk teatr və kino aktyorudur.

Xüsusilə komediya janrlı layihələrdə canlandırdığı obrazlarla yadda qalan aktyor, Azərbaycanda da reytinq qıran məşhur "Geniş Aile" serialındakı "Cevahir" obrazı ilə geniş kütlələrin rəğbətini və sevgisini qazanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO