“Atası prokuror idi, ölümü lazımi qaydada araşdırılacaq”

“Atası prokuror idi, ölümü lazımi qaydada araşdırılacaq”

Hazırda oxunan: “Atası prokuror idi, ölümü lazımi qaydada araşdırılacaq”

619543

Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialında Abdullah obrazını canlandıran aktyor Ahmet Mümtaz Taylan serialın aktrisası Ece İrtemin vəfatı ilə bağlı açıqlama verib.

Bizim.Media “Posta” nəşrinə istinadla xəbər verir ki, aktyor mərhum həmkarı ilə ölümündən cəmi iki gün əvvəl danışdığını və yaxın günlərdə görüşməyi planlaşdırdıqlarını deyib.

Taylan bildirib ki, ilkin ehtimallara görə, Ece İrtem ürəktutması nəticəsində dünyasını dəyişib:

“Bildiyimiz qədərilə infarkt keçirib. Atası prokuror olduğu üçün hadisə bütün prosedurlara uyğun şəkildə araşdırılacaq. Amma təəssüf ki, itirdiyimiz insanları geri qaytarmaq mümkün deyil. İki gün əvvəl mənə zəng etmişdi, hətta bu həftə görüşmək barədə razılaşmışdıq. Çox ağır itkidir”, – deyə aktyor qeyd edib.

Xatırladaq ki, “Kızılcık Şerbeti” serialında Işıl obrazını canlandıran Ece İrtem ekran işində Abdullahın sevgilisi rolunda çıxış edirdi.

Aktrisa ötən gün 35 yaşında yaşadığı evdə ürəktutması nəticəsində vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO