"Onu oxuyanda gözlərim doldu, ölsəm, balalarımı kim saxlayacaq"

"Onu oxuyanda gözlərim doldu, ölsəm, balalarımı kim saxlayacaq"

Hazırda oxunan: "Onu oxuyanda gözlərim doldu, ölsəm, balalarımı kim saxlayacaq"

619479

Xalq artisti Niyaməddin Musayev məşhur "Dünya sənin, dünya mənim" mahnısını xəstəxanada bəstələdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb.

"Xəstəxanada idim, vəziyyətim çox ağır idi. Öz-özümə deyirdim ki, ölsəm, övladlarımı kim saxlayacaq? Çox kədərlənmişdim. Dostum, filologiya elmləri doktoru Maarifə Hacıyeva mənə baş çəkməyə gəlmişdi. Balaca qazanda yemək və bir kitab da gətirmişdi. Mənə dedi ki, burada Məmməd Arazın gözəl şeirləri var, xoşuna gəlsə, mahnı bəstələyərsən.
 

O, getdikdən sonra kitabı vərəqlədim. Üz qabığında "Dünya sənin, dünya mənim" sözlərini gördüm və həmin şeiri tapdım. Onu oxuyanda gözlərim doldu. Fikirləşirdim ki, ölsəm, balalarımı kim saxlayacaq. Bu mahnını xəstəxanada, masanın üstündə çırtma çala-çala yazdım.


Sonra Moskvada müalicə aldım və geri qayıtdım. 1987-ci ildə indiki Heydər Əliyev Sarayında solo konsert verdim və mahnını ilk dəfə orada ifa etdim. 1988-ci ildə isə onu efir üçün yazdırdım. Gördüm ki, xalqın bu mahnıya böyük sevgisi var", - deyə, sənətçi bildirib. (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO