Əməkdar artist Aybəniz Haşımova arxiv görüntülərini sosial media hesabında yayımlayıb.
Bizim.Media xəbər verir ki, ifaçı gənclik illərində qastrol səfərində olarkən çəkilən şəkli ilə bağlı xatirələrini bölüşüb:
"Ömrümün ən gözəl xatirələri, keçmişim, vüqarım, fəxrim, sevincim, bəxtəvər günlərim... 1990-cı ilin soyuq günlərində sevimli rəhbərimiz Gülarə Əliyeva rəhbərliyi ilə Türkiyəyə ilk böyük konsert səfərimizə çıxmışdıq.
İstanbuldan başlayan və Türkiyənin yeddi şəhərini əhatə edən möhtəşəm konsertlərimiz bu gün də yaddaşlardadır. Səhnəni Yaşar Nuri, Firəngiz Mütəllimova, Mikayıl Mirzə, Məmmədbağır Bağırzadə kimi böyük sənətkarlarla paylaşmaq isə ayrı bir gözəllik idi. Bu şəklin mənim üçün ən özəl tərəfi isə odur ki, həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim...
İndi dönüb baxdıqca anlayıram ki, bu şəkil həm də ana olmağa gedən həyatımın ən duyğulu xatirələrindən biridir... Yaxşı ki, sən mənim balamsan, Aynışan. Ömrüm sənə qurban olsun". (milli.az)
Bizim.Media


































































































