13 yaşlı “milyarder qızı” qalmaqal yaratdı

13 yaşlı “milyarder qızı” qalmaqal yaratdı

Hazırda oxunan: 13 yaşlı “milyarder qızı” qalmaqal yaratdı

612486

13 yaşlı Maali Abraham sosial şəbəkələrdə lüks həyat tərzini nümayiş etdirməsi ilə müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, “Billionaire Daughter” adı ilə tanınan qız ailəsinə məxsus “Love Luxury” brendinin əsas simalarından birinə çevrilib.
 

Maali “TikTok” və “Instagram”da “Hermes”, “Cartier”, “Van Cleef & Arpels” kimi bahalı brendlərdən danışır, onun videoları isə milyonlarla baxış toplayır.


Qızın valideynləri Adam və Emili Abraham Londonda və Dubayda lüks malların yenidən satışı ilə məşğul olan “Love Luxury” şirkətinin sahibləridir.

Lakin sosial şəbəkə istifadəçiləri və ekspertlər uşağın bu qədər erkən yaşda pul, bahalı əşyalar və reklam dünyasının mərkəzinə çıxarılmasını tənqid edirlər.
 

Tərbiyə üzrə ekspert Co Frost bildirib ki, uşağın hər əşyanın qiymətini bilməsi və buna görə diqqət qazanması onun özünə dəyər hissinə təsir göstərə bilər.


Maali Abrahamın anası isə ittihamları rədd edərək qızının sadəcə ailə biznesinin içində böyüdüyünü və bunda qeyri-adi heç nə olmadığını deyib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO