"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

Hazırda oxunan: "Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

612412

Builki "Eurovision" mahnı müsabiqəsinin təhlükəli şəraitdə keçiriləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Bizim.Media xəbər verir ki, "The Sun" qəzetinin verdiyi məlumata görə, terrorizmlə mübarizə üzrə ekspert Nikolaus Stokhammerin sözlərinə görə, Vyana artan terror təhlükəsi fonunda "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi etməyə hazırlaşır.

O bildirib ki, əsas təhlükələrdən biri stadion ərazilərindən daha çox ictimai baxış zonalarıdır. 2026-cı ildə yarışmaya ev sahibliyini Avstriya edir.
 

Yarışma Vyanadakı "Wiener Stadthalle" arenada baş tutacaq. Əsas məkandan əlavə, "Rathausplatz"da müsabiqə iştirakçıları və yerli sənətçilərin çıxışları, eləcə də geniş ictimaiyyət üçün canlı şouların nümayişi keçiriləcək.


70-ci müsabiqənin 12 və 14 may tarixlərində iki yarımfinal və 16 mayda final mərhələsindən ibarət olması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO