Röya “Dünya”sını TƏQDİM ETDİ – VİDEO 

Röya “Dünya”sını TƏQDİM ETDİ – VİDEO 

Hazırda oxunan: Röya “Dünya”sını TƏQDİM ETDİ – VİDEO 

191358

Xalq artisti Röya Ayxan yeni layihəsini təqdim edib. 

Bizim.Media xəbər verir ki, sənətçi sözləri Şahin İsmayılov, musiqisi Fərid Kərimliyə məxsus “Dünya” adlı bəstəni ekranlaşdırıb. 

Nəğməyə ekran həyatını rejissor Roman Yaşar verib. Klip Bakının Fəvvarələr Meydanı, Nizami küçəsi, Dənizkənarı Bulvar ərazisində lentə alınıb. Klipdə Bakı sakinləri, T. Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin kiçik siniflərinin xoru iştirak edib. 
Röya Ayxan layihəni Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr etdiyini vurğulayıb: 

“Bu dünyada sevgi, hüzur, sülh var. Hansı ki, onları yaşatmaq bizim əlimizdədir. Elə sevgilər var ki, görmədiyin bir insana qarşı həmişə var olur. Baxın, bu uşaqlar kimi… Heydər Əliyevi görməyən nəsil belə bizimlə eyni duyğuları yaşayır. Biz çox şanslı nəsilik ki, Ulu Öndər Heydər Əliyevlə eyni dövrdə yaşamışıq. Ümummilli Liderimizi belə anmaq istədim. Özəl gündə sevgi dolu layihəmi sizlərə əmanət edirəm”. 
 











Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO