Mətanət Əsədova:

Mətanət Əsədova: "Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO 

Hazırda oxunan: Mətanət Əsədova: "Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO 
191075
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Özümü sevirəm. Həyatım gözəllik, sevgi, eşq və Allahımla bağlıdır. Mənim heç kimdə gözüm yoxdur. Kim 10 dəfə ərə getdi, 20 dəfə boşandı, kimin milyonları var, axı bunlardan mənə nə? Bu kimi məsələləri oturub fikirləşdikcə insan çürüyər. Öz həyatımdan başqa məni kimsə maraqlandırmır. Heç kim! Mənim öz dünyam var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “Xəbər-ətər” verilişində deyib. 

Sənətçi bildirib ki, çoxları onun varlığını həzm edə bilmir: 

“Həyatımda biri var, amma narahat olmayın, o, sizin nə sevgiliniz, nə də ki, ərinizdir. Heç narahat olmayın! Mənim sözüm kimi də çəkim ağırdır. Məni həzm edə bilmirlər. Amma mən hamını sevirəm. Mənim kimi qolu-qanadı qırılan, problemlər yaşayan, cürbəcür hadisələr üzərinə çıxıb onları ötüşdürən insan elə mən özüməm. Amma yenə də mən özüm-özümə deyirəm ki, Allah bunun betərindən saxlasın. Allah yaxşı etsin. Kiməsə pislik etmək əlimdən gəlmir. Mən elə şey edə bilmərəm, əlim də, dilim də quruyar”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO