Ədalət Şükürovun qızının dəbdəbəli toyunda YAŞANANLAR - VİDEO

Ədalət Şükürovun qızının dəbdəbəli toyunda YAŞANANLAR - VİDEO

Hazırda oxunan: Ədalət Şükürovun qızının dəbdəbəli toyunda YAŞANANLAR - VİDEO

190638

Xəbər verdiyimiz kimi, Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyu olub. 

Bizim.Media xəbər verir ki, Ənvər adlı bəylə ailə quran sənətçinin qızının məclisinə şou-biznesin məşhur simaları iştirak edib. 

Paytaxtın dəbdəbəli restoranların birində baş tutan toya Xalq artistləri Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Eyyub Yaqubov, Əməkdar artist Abbas Bağırov, müğənni Zamiq Hüseynov və digər sənətçilər axın ediblər. 
Onlar bir-bir səhnəyə çıxaraq Ədalətin qızının xoş günü münasibəti ilə ifa etdikləri mahnılarla təbrik edib, gələn qonaqları əyləndiriblər. 

Toyda diqqət çəkən məqamlar da olub. Belə ki, qonaqlar sırasında Ə.Şükürovun yaxın dostu Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov da gəlib. Bloger toyda o ki var rəqs edib və şəxsən özü dronla məclisdə çəkilişlər edib. 

Daha bir marağa səbəb olan hadisə Ədalətlə Eyyubun toyda coşqu dolu rəqs etmələri olub.

Ədalət Şükürovun qızı Jalənin toyunda baş verən bu və digər maraqlı görüntüləri sizə təqdim edirik: 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO