“Hər bir işin əvvəli olduğu kimi sonu da olur. İndiki səhnələrimizə baxanda düşünürəm ki, bu sənətdən tez getmək lazımdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elşad Qarayev qonaq olduğu “7 tamam” verilişində deyib.
Sənətçi bildirib ki, hazırda səhnələrdə xoş olmayan vəziyyət hökm sürür:
“Hazırda səhnəmiz bərbad haldadır. Çünki kim nə istəyir, onu da oxuyur. Əgər xalqın sevgisi və istəyi varsa... Yəni səninlə şəkil çəkdirirlər, səni görəndə üzləri gülürsə, demək sən lazımsan”.
Rəşad Əliyev, Bizim.Media