Mətanət İsgəndərli üzündə plastik əməliyyat etdirəcək – VİDEO 

Mətanət İsgəndərli üzündə plastik əməliyyat etdirəcək – VİDEO 

Hazırda oxunan: Mətanət İsgəndərli üzündə plastik əməliyyat etdirəcək – VİDEO 

179383

Əməkdar artist Mətanət İsgəndərli üzündə plastik əməliyyat etdirəcək. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində deyib. 
İsgəndərli bildirib ki, növbəti aylarda cərrah masasına uzanmaq istəsə də, işlərinin çoxluğu buna maneə olub: 

"Düşündüm ki, Ramazan ayı yaxınlaşır. Martda üzümdə plastik əməliyyat etdirəcəyəm. Amma sonra xaricdə konsert məsələsi çıxdı, plan təxirə düşdü. İndi qərar vermişəm, yayda, Məhərrəmlik ayında üzümdə plastik əməliyyat etdirəcəyəm. 45 kiloqram çəki atmışam. İndi az-az və tez-tez yeyirəm". 
Qeyd edək ki, Mətanət İsgəndərli ötən il mədə kiçiltmə əməliyyatı keçirərək 40 kiloqram çəki atıb. Müğənni müsahibələrində hazırda 65 kiloqram çəkidə olduğunu söyləyib. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO