Aygün Namiqlə münasibətlərindən DANIŞDI:

Aygün Namiqlə münasibətlərindən DANIŞDI: "Aramızdakı buzlar vətəndə əriməmişdi" – VİDEO 

Hazırda oxunan: Aygün Namiqlə münasibətlərindən DANIŞDI: "Aramızdakı buzlar vətəndə əriməmişdi" – VİDEO 

175229

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə münasibətlərindən və yeni layihəsindən söz açıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi doğum günü məclisində danışıb. 

"Biz hər zaman Namiqlə görüşəndə salamlaşırdıq. Bizi Moskvaya toylara birlikdə dəvət edirdilər. Nədənsə vətənimizdə o buz əriməmişdi. Bu, avtomatik baş verdi. Bir tədbirə dəvət aldıq. Ondan sonra Namiq ilə daha çox birlikdə çıxışlarımız oldu. Yeni duetimiz olacaq. Namiq həmin mahnı üzərində çalışır. Burada isə ən böyük məsuliyyət Namiqin üzərinə düşür.
Çünki mahnının musiqisi və sözlərini o yazır. Mənə nə var ki, mən otururam, deyirəm ki, bunu çıxar (gülür). Neçə ildən sonra bu duetin üzərinə elə duet gəlməlidir ki... Və bu qədər yaşananlar... Bilirəm, ağlınızdan min şey keçir, amma onu cavablandırmayacağam. Ona görə də çalış, Namiq, çalış", - deyə Aygün vurğulayıb. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO