Çılpaq gecədə iştirak edən Kirkorova AĞIR ZƏRBƏ - Milyonlarla pul itirdi

Hazırda oxunan: Çılpaq gecədə iştirak edən Kirkorova AĞIR ZƏRBƏ - Milyonlarla pul itirdi

171963

Rusiyada qalmaqala səbəb olan “Orel i reşka” verilişi ilə məşhurlaşan aparıcı və bloqer Nastya İvleyevanın keçirdiyi “çılpaq” gecə ətrafında səs-küy bitmək bilmir. 

Bizim.Media xəbər verir ki, sözügedən proqramda iştirak edən sənətçilər efirdən uzaqlaşdırılmağa başlayandan və müqavilələri pozulduqdan sonra məşhurlar milyonlarla dollar itki ilə üzləşiblər. 

Üstəlik vergi idarəsi onların hesablarını yoxlayıb. Biabırçı gecədə iştirak edən ulduzlar Rusiyanın məşhur şousu “Голубой огонёк” (Mavi işıqlar) və Yeni il proqramlarından uzaqlaşdırılıb. 

Lolita Milyavskayanın konsertləri təxirə salınıb, Kseniya Sobçak korporativ tədbirlərdə iştirak etməyəcək.  Böyük reklamçılar isə Nastyanın özü ilə müqavilələri pozublar. 
Ən böyük zərbəni isə Rusiyanın Xalq artisti Filipp Kirkorov adlıb. Beləki, müğənninin iştirakı ilə televiziyada yayımlanması gözlənilən səhnələr, şoular, konsertlərdən və filmlərdən kəsilib. 

Filipp Kirkorov ləğv edilən Yeni il tədbirləri səbəbindən müğənni ən azı 50 milyon rubl (təxminən 939 milyon manat) itirib. Onun iki böyük konsert də ləğv edilib. Bu konsertlər isə Kirkorova 20 milyon rubla (376 min manat) yaxın pul gətirməli idilər. 

İvleeva təxmini hesablamalara görə, ona təxminən 25 milyon rubl (təxminən 469 min manat) qazandırmalı olan korporativ tədbirləri itirib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO