Nəfəs: “Sevgilim özünü yaxşı aparsa, onunla rəsmi nikaha girərəm” – VİDEO 

Hazırda oxunan: Nəfəs: “Sevgilim özünü yaxşı aparsa, onunla rəsmi nikaha girərəm” – VİDEO 

164755

“Nəfəs” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Günel Məmmədova şəxsi həyatı ilə bağlı açıqlaması ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində sevgilisindən bəhs edib. 

Nəfəs bildirib ki, həmin şəxslə rəsmi nikaha yalnız özünün istəyi olarsa daxil olacaq: 

“Əgər mən o insanla sevgiliyəmsə, bu, artıq rəsmidir. Mən rəsmi nikah istəsəm olacaq, istəməsəm olmayacaq. Əgər sevgilim özünü yaxşı aparsa, onunla rəsmi nikaha girərəm. Özünü yaxşı aparması üçün o məni bütün xanımlardan dəyərli etməlidir. Söhbət maddiyyatdan getmir. Əgər sevgilim maddiyyat alıb mənə mənəviyyat verməyəcəksə, heç bir dəyər, qiymət lazım deyil”. 
Qeyd edək ki, Nəfəs açıqlamaların birində 15 yaşında olanda atası tərəfindən öz istəyi olmadan ərə verildiyini vurğulayıb. Müğənninin iki övladı var. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO