Günay: “Səhnəyə “TikTok”da populyarlaşaraq yox, televiziyadan gəlmişəm” – VİDEO 

Günay: “Səhnəyə “TikTok”da populyarlaşaraq yox, televiziyadan gəlmişəm” – VİDEO 

Hazırda oxunan: Günay: “Səhnəyə “TikTok”da populyarlaşaraq yox, televiziyadan gəlmişəm” – VİDEO 
163608
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Efirlərə ildə bir-iki dəfə çıxırıq. Sonra isə ara veririk. Səbəb kanallarda yayımlanan verilişlərin formatlarını bəyənməməyimdir. Heç bir televiziya kanalı və ya aparıcı ilə şəxsi qərəzliyim də yoxdur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli qonaq olduğu “Tarixin bir günü” verilişində deyib. 

Müğənni peşəkar səhnəyə bəzi həmkarları kimi “TikTok” sosial şəbəkə platformasında populyarlaşaraq deyil, televiziya və radioda məşhurlaşaraq gəldiyini söyləyib: 

“Mən səhnəyə, efirlərə televiziyadan gəlmişəm. “TikTok” sosial şəbəkə, video platformasında populyarlaşan müğənnilərdən deyiləm. Artıq 17 ildir ki, peşəkar səhnədəyəm. Sənətə radio, televiziya müğənnisi kimi gəlmişik. O zamanlar isə “YouTube” video platforması indiki kimi dəbdə və aktual deyildi. İndi isə hər şey dəyişilib”.

G.İbrahimli telekanallarda yayımlanan ictimai-sosial verilişləri də tənqid edib: 

“Vaxtım olanda efirlərə baxıb görürəm ki, bir verilişdə oturub psixoloq, həkim və müğənni. Psixoloq, həkim dayanmadan danışır, amma müğənni saatlarla boş-boş oturur, danışmır. Vaxt doldurmaq üçün aparıcı ondan mahnı oxumasını istəyir. Bu isə müğənniyə qarşı hörmətsizlikdir. Belə olmalı deyil. Buna görə də verilişləri seçib sonra gedirəm”.

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO