Şəfiqə Nağıyeva və Anar Vəziroğlu efirdə yenidən DALAŞDILAR - VİDEO 

Şəfiqə Nağıyeva və Anar Vəziroğlu efirdə yenidən DALAŞDILAR - VİDEO 

Hazırda oxunan: Şəfiqə Nağıyeva və Anar Vəziroğlu efirdə yenidən DALAŞDILAR - VİDEO 

159264

Vəkil Şəfiqə Nağıyeva və şair Anar Vəziroğlu yenidən efirdə dalaşıblar.  

Bizim.Media xəbər verir ki, tərəflər ekspert qismində iştirak etdikləri "Təsir dairəsi" ictimai-sosial verilişində mübahisə ediblər.  

Belə ki, vəkil ilə şairin sözləri bir-birinin boğazından keçməyib. Onların mübahisəsi verilişə pənah gətirən qadının sosial vəziyyəti ilə bağlı yaranan problemin müzakirəsi zamanı olub.
Vəziroğlu Nağıyevanın üstünə səs tonunu qaldırıb. Bu isə vəkilin heç xoşuna gəlməyib. Bu anda Ş.Nağıyeva "Sən axı kimsən ki, sənin sözünə cavab verim. Oturmuşam bununla ağız-ağıza verirəm. Kimsən sən? Get, işinlə məşğul ol! Yetənə yetir, yetməyənə də bir daş atır" sözlərini dilə gətirib.  

Beləcə, ikili arasında gərginlik pik həddə çatıb. Onları isə verilişin aparıcısı Lalə Azərtaş sakitləşdirməyə çalışıb.

Qeyd edək ki, ötən mövsüm Şəfiqə Nağıyeva və Anar Vəziroğlu arasında qalmaqal yaşanmışdı. Vəkil tərəfindən ünvanına xoşagəlməz kəlmələr eşidən şair onun üzərinə su atmışdı. Verilişin yeni mövsümündə isə Vəziroğlu studiyaya gələrək, Nağıyevadan üzr istəmiş və əlindəki gül çələngini vəkilə vermişdi. Beləliklə, tərəflər küsülülüyə son qoyub, barışmışdılar.

Proqramın canlı efirində baş verən mübahisəni təqdim edirik:
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO