Aytən Səfərova: “Natəvan Babayevanın toyuna getmədiyim üçün utandım” - VİDEO  

Aytən Səfərova: “Natəvan Babayevanın toyuna getmədiyim üçün utandım” - VİDEO  

Hazırda oxunan: Aytən Səfərova: “Natəvan Babayevanın toyuna getmədiyim üçün utandım” - VİDEO  

152768

Aparıcı Aytən Səfərova mərhum həmkarı Natəvan Babayevadan söz açıb. 

Bizim.Media xəbər verir ki, televiziya ulduzu “Retro Bakı” verilişinə müsahibəsində bildirib ki, keçmiş “ANS” televiziyasında çalışdığı dövrdə Natəvan toyuna getmədiyinə görə utanc hiss çəkib. 

“Natəvan məni toyuna dəvət etmişdi. Müəyyən məsələləri səbəb gətirərək onun toyuna getmədim. Kimsə mənim xeyir işimə gəlməsəydi, o insanla müəyyən müddət ərzində danışmazdım. Amma Natəvan toyundan bir həftə sonra işə gəldi və dəhlizdə mənimlə salamlaşıb öpüşdü.

Bundan sonra belə bir insanların da olduğunu anladım. Xəcalət çəkirəm... Düşündüm ki, hər kəsin bir alın yazısı və qisməti var. Mənim “ANS”in dəhlizlərində bəlkə də utandığım anlardan biri bu oldu. Daxilən utandığımı göstərməsəm də, peşmanlığını çəkdiyim anlardan biri idi”, - deyə Aytən vurğulayıb. 
Qeyd edək ki, Natəvan Babayeva illər əvvəl keçmiş “ANS” televiziyasında çalışıb. O, son illər AzTV-də xəbərlər verilişinin aparıcısı olub. Natəvan uzun sürən onkoloji xəstəlikdən iyulun 20-də Milli Onkologiya Mərkəzində 46 yaşında dünyasını dəyişib. Aparıcı boya-başa çatdığı Salyan rayonunda dəfn olunub. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO