Elnarə Abdullayeva plastik əməliyyat etdirir - VİDEO

Elnarə Abdullayeva plastik əməliyyat etdirir - VİDEO

Hazırda oxunan: Elnarə Abdullayeva plastik əməliyyat etdirir - VİDEO

151661

Əməkdar artist Elnarə Abdullayeva plastik əməliyyat etdirib.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçinin yaxın dostu aparıcı və aktyor Sərxan Kərəmoğlu məlumat yayıb.

Sərxan Elnarənin əməliyyatdan əvvəl həkim-cərrahla məsləhətləşdiyi zaman çəkdiyi videonu izləyiciləri ilə bölüşüb.

Görüntülərdə plastik cərrah Elnarənin göz ətrafında olan "qaz ayaqlar"ını aradan qaldırmaq, eyni zamandan "Bella eyes" effektini əldə etmək üçün göz yanlarını yuxarı hissəyə dartma əməliyyatını edəcəyini açıqlayıb.

Abdullayeva isə "O hissələrə iynə vurdurmaqdansa... İynələr mənə düşmür. İynə vurdurmaqdansa konkret məqsədə gəldim ki, göz ətrafımdakı qırışları plastik əməliyyat vasitəsi ilə götürməliyəm. Bir dəfə üzümə iynə vurdum nə günə düşdü... Səsim də batdı. Səhv vurmamışdırlar, sadəcə iynə vurdurmaq mənə düşmür" sözlərini dilə gətirib.
Qeyd edək ki, bir müddət əvvəl E.Abdullayeva açıqlamaların birində əməliyyat keçirən həmkarlarını qınamışdı.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO