Valeh Kərimov:

Valeh Kərimov: "Bəxt üzüyü"nə bir dəfə də olsun, baxmamışam - VİDEO

Hazırda oxunan: Valeh Kərimov: "Bəxt üzüyü"nə bir dəfə də olsun, baxmamışam - VİDEO

142082

"Əvvəl onu tamaşa kimi oynamışam. Ramiz Əzizbəyli ilə film çəkiləndə elə qəşəng aktyor heyəti seçdi, uğurlu, baxımlı film oldu. Tamaşa da eyni formada baxımlı idi".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Valeh Kərimov "ATV səhər" verilişinə müsahibəsində deyib.

Aktyor illər əvvəl çəkildiyi və Azərbaycan tamaşaçısı tərəfindən sevə-sevə izlənilən "Bəxt üzüyü" filmindən söz açıb.

Sənətkar bildirib ki, heç zaman sözügedən ekran əsərini izləməyib:

"Tamaşanı götürüb filmə köçürtmək kino yaradıcılığından uzaqdır. Afaq Bəşirqızı ilə məni tamaşada artıq qəbul etmişdilər. Başqa aktyorları da baş rola çəkə bilərdilər, amma biz artıq tamaşada sevilmişdik. Filmə heç baxmamışam.

Özümə niyə baxım? Gündə 1 dəfə saçımı darayanda güzgüyə baxıram. Başqalarına baxıram. Oynadığım obrazdan ləzzət ala bilmərəm. Hamı məndən soruşur ki, filmdə açarı niyə götürmədin?". 
Qeyd edək ki, 79 yaşlı Valeh Kərimov aylar əvvəl Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi işə başlayıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO