Müğənni Əbdül Xalidin əmisi qızı özünə qəsd edib - VİDEO

Müğənni Əbdül Xalidin əmisi qızı özünə qəsd edib - VİDEO

Hazırda oxunan: Müğənni Əbdül Xalidin əmisi qızı özünə qəsd edib - VİDEO
137882
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Əbdül Xalidin əmisi qızı özünə qəsd edib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi qonaq olduğu “Həyat tərzi” verilişində deyib.  

Ə.Xalid baş verən dəhşətli hadisəni belə nəql edib:  

“Bu yaxınlarda başımıza bədbəxt hadisə gəldi. Əmim oğlunun 14 yaşlı qızı intihar edib. İnanın ki, onun canına qəsd etməsinin səbəbi bilinmir. O, özünü yüksəkmərtəbəli binanın 15-ci mərtəbəsindən atıb. Burada məktəbin, təhsilin və evdə valideyinlərinin də çox böyük rolu var. Atası eyvandan qızına baxıb. O isə aşağıdan atası ilə salamlaşıb.

Görün, bu qız beynində özünü atmasını necə formalaşdırıb. Qızı aşağıdan blokun “domofon”unun düyməsini basıb. Atası da deyib ki, qızım gəlir, qapını açın. O, balkonun pəncərəsini bağlayanda görür ki, yuxarıdan nəsə düşdü. Görün, bu valideyin üçün nə deməkdir?”. 
Qeyd edək ki, sözügedən intihar hadisəsi mayın 12-si günorta saatlarında Bakının Nərimanov rayonunda baş verib.  
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO