Oqtay Əliyevin SON ARZUSU dostları tərəfindən gerçəkləşəcək - AÇIQLAMA

Oqtay Əliyevin SON ARZUSU dostları tərəfindən gerçəkləşəcək - AÇIQLAMA

Hazırda oxunan: Oqtay Əliyevin SON ARZUSU dostları tərəfindən gerçəkləşəcək - AÇIQLAMA
127019
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev avtomobil qəzasında dünyasını dəyişib. 

Bizim.Media xəbər verir ki, Xalq artisti Mübariz Tağıyev "7 canlı" verilişində mərhumun gələcək planlarından danışıb. O bildirib ki, O.Əliyev məşhur "Yeni ulduz" layihəsini etməyi planlaşdırırmış:

"Oqtay mənim üçün dost yox, həm də qohum kimi idi. Baxmayaraq ki, aramızda yaş fərqi var, bir məhəllədə böyümüşük, bir məktəbdə oxumuşuq. Valideynlərimiz çox yaxın olub. Yaş gedir, dostlarımı itirirəm. Oqtay mənə yaxın idi, gənc yaşda getməyi mənə təsir etdi. Dilarə nə gündədir... Anası, atasından danışmıram, necə bir vəziyyət yaranmışdı. Bunları gördüm, dəhşət idi.
"Yeni ulduz"dan danışmışdıq. Deyirdi ki, yeni formatda edəcəyəm. Bu layihəni başqa cür görürəm artıq. Çox danışmayacam. Çünki biz dostları onun bu istəyini həyata keçirəcəyik".

Aparıcı Vüsalə Əlizadə də Oqtay Əliyevin son arzusundan danışıb:

"Aygün Kazımovanın ad günündə danışdıq. Biz Aygün xanımın repertuarından mahnı oxuduq. Qayıtdı ki, bizim uşaqlar böyüyüb, necə gözəl performanslar göstərirlər. Dedi ki, Novruz bayramından sonra bunu edəcəyəm. Mütləq olacaq" deyə, aparıcı Vüsalə Əlizadə deyib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO