Stomatoloq müğənni Elnar: “Musiqi həyat yoldaşım, tibb isə sevgilimdir” – VİDEO

Stomatoloq müğənni Elnar: “Musiqi həyat yoldaşım, tibb isə sevgilimdir” – VİDEO

Hazırda oxunan: Stomatoloq müğənni Elnar: “Musiqi həyat yoldaşım, tibb isə sevgilimdir” – VİDEO

106408

“Səhər saat 10:00-dan axşam saat 19:00-a kimi klinikada oluram. Toyum olanda işdən saat 18:00-da çıxıram. Yarım saatlıq toyda çıxışım olanda isə işdən bir saat gec çıxıram”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnar Xəlilov “MTV maqazin” verilişinə müsahibəsində deyib. 

Peşəsi stomatologiya olan sənətçi bildirib ki, musiqi onun həyat yoldaşı, tibb isə sevgilsidir. 

“Birbaşa pasientlə çalışıram. Hər hansı məsuliyyətsizlikdən pasientin ağzında əks təsir ola bilər. Onlar olmasın deyə, A-dan Z-yə kimi stomatologiya sahəsini öyrənməliyəm. Öz sahəmin bilicisi olmaq arzumdur. Musiqi həyat yoldaşım, tibb isə sevgilimdir. Həyat yoldaşımdan çoxlu övladlarımız var, sevgilimlə isə görək başımıza nə gəlir (gülür)”, - deyə E.Xəlilov bildirib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO