“Məxməri inqilab” hələ “rəngli inqilab” deyil...

“Məxməri inqilab” hələ “rəngli inqilab” deyil...

Hazırda oxunan: “Məxməri inqilab” hələ “rəngli inqilab” deyil...

253482
Nəzəri aspektinə varmadan deyə bilərik ki, Gürcüstanda “qızılgül”, Ukraynada “narıncı” adı ilə baş verən “rəngli inqilablar”nəticəsində bu termin siyasi leksikonumuza daxil oldu və Qərbin maliyyə, ideya dəstəyi ilə avtoritar rejimlərdən qurtulub, demokratiya yolu tutan ölkələrdəki hakimiyyət dəyişikliyinə aid edilir. Rəngli inqilabların əsas xarakterikxa0 xüsusiyyəti, həm də Rusiya təsirindən çıxıb, demokratiya yolu tutmaq kimi dəyərləndirilir. Bəs, Ermənistandakı “məxməri inqilab” necə, yuxarıda qeyd etdiyimiz rəngli inqilabların mahiyyətixa0 ilə oxşardırmı? Ilk baxışdan hə. 2018-ci ilin aprel-may aylarında düşmən ölkədə (Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Azərbaycanın maraqlarına uyğun həll edilmədiyi müddətdə Ermənistan düşmən ölkə, ermənilər düşmən olaraq bilinməlidir) baş verən hakimiyyət dəyişikliyi demokratik ideyalar adı ilə aparılıb, özündən əvvəlki avtoritar, antidemokratik rejimin əleyhinə, Qərb təhsilli, Qərb dəyərləri ilə silahlanmış komandanın hakimiyyətə gəlməsi ilə əlamətdar olub. İnqilabdan sonra bir-birinin ardınca Qərb liderləri Ermənistana səfərlərə gəldilər. Amma, məxməri inqilabın qəhrəmanı daha çox Rusiyaya səfərlər edir, o qədər çox ki, özünün dediyi kimi “hesabı itirib”.xa0
xa0
Paşinyanın bütün Moskva səfərlərinin mahiyyəti, apardığı xarici siyasət Moskvaya sədaqətli olduğunu sübut etmək üstündə qurulub, onun sonuncu səfəri də bunu bir daha nümayiş etdirdi. Bu səfərdən məmnun qayıdan Paşinyan erməni mətbuatınınxa0 yazdığına görə Feysbuk səhifəsində məhz “rəngli inqilab”dan uzaq olduğunu vurğulayaraq, Moskvanı inandırmağa çalışıb ki, narahat olmağa əsas yoxdur. “ Biryolluq vurğulamaq istəyirəm ki, Ermənistanda” rəngli inqilab” olmayıb, sadəcə güc tətbiq etmədən, məxməri, xalq inqilabı olub. Bu iki inqilab arasında çox böyük fərq var”-Paşinyan deyib.
xa0 Paşinyan “rəngli inqilab”dan təsadüfən danışmayıb. İnqilab qəhrəmanı Moskvaya sübut etmək istəyir ki, Qərbin klassik anlamda rəngli çevrilişlərinin Ermənistanın yeni hakimiyyətinə dəxli yoxdur. Deməli, Ermənistan Rusiyanın müttəfiqi yox, vassalı olaraq qalır. Paşinyanxa0 inqilabı sadəcə Sarkisyana qarşı edib və keçmiş klan rəhbərlərindən canı boğazına yığılmış xalqı bununla da məmnun edir. Qaz məsələsi də faktiki Ermənistanın fikirləşdiyi kimi həll olundu: ermənilər ucuz qaz almaqda davam edəcək( cəmi15 dollar artıb, amma əhaliyə satış köhnə tariflədir).xa0

Rusiya Cənubi Qafqazdaxa0 Ermənistanı Putinin dediyi kimi ən vacib və ən yaxın müttəfiqi kimi görməkdə davam edir. Erməni mətbuatının Qərbə meyilli bir neçə saytları isə mövcud münasibətləri müttəfiqlik deyil, vassallıq adlandırır və açıq şəkildə Paşinyanı ittiham edirlər: “o etdiyi hər bir hərəkətdən sonra dönüb arxaya baxır ki, görüm Moskvanın xətrinə dəyməyib ki...”-yazırlar.
Niyə bu məsələni qeyd etməyi lazım bildik? Göründüyü kimi, Azərbaycanın hansı addım atması Paşinyanı da, hətta onu tənqid edən KİV-ləri də narahat etmir. Onları narahat edən Moskvanın münasibətidir.xa0 2016-cı ilin aprelindən indiyədək zatən heç bir addım atmayan Azərbaycandan niyə də narahat olsunlar? Qarabağ məsələsindən o qədər arxayındırlar ki, Rusiyanın Paşinyanı aradan götürməsinə daha çox inanırlar, nəinki Qarabağ probleminin həllində Moskvanın Azərbaycanın yanında olacağına.xa0

Ona görə də və ümumiyyətlə, 2019-cu ildə Qarabağ probleminin həlli üçün “əlverişli şərait” yetişdiyini sübut etməyinxa0 bütün təşəbbüsləri Azərbaycandan gəlməlidir. Bu həm dövlətin simasında özünü göstərməli, həm də xalqın. Cəmiyyət, əsasən də Qarabağın dağlı, aranlı əhalisi , o qədər fəallaşmalıdır ki, düşmənlərə , ATƏT- ə , BMT-yə aydın olmalıdır ki, xalq heç bir təslimçi sülhü qəbul etməyəcək. Yetər, bu qədər vətən taleyinə olan biganəlik, düşmən işğalına bu qədər laqeyidlik! Bütöv Qarabağ uğrunda, yəni Azərbaycanın ərazi bütövlüyü uğrunda dövlətin də ritorikası daha kəskin şəkildə, hətta təhdid dərəcəsində olmalıdır. Bunu niyə xüsusi vurğulayırıq? Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan 30 dekabrda İctimai televiziyaya verdiyi müsahibənin bu hissəsini nəzərinizə çatdıraq. “ Biz görüşlərdəxa0 Azərbaycanın müharibə ritorikasına diqqət yetirdik. Vətənpərvərlik nümayiş etdirmək olar, amma daha məsuliyyətli, daha ağıllı olmaq lazımdır. Mən inanmıram ki, sadəcə nəsə bəyan edib, sonra görüşəndə deyəsən ki, bu daxili auditoriyaya ünvanlanıb” . Təkrar edirik , bu sözləri Mnatsakanyan deyir və buna inanmaq istəməzdik.xa0 Elə bu günlərdə bir amerikalı politoloqun Üçüncü dünya müharibəsinin başlayacağı yerlərdən biri kimi Azərbaycanın adını çəkdiyi məqaləni tərcümə edən ermənilər, Azərbaycanın yerinə Artsax yazmışdılar. Amma, yenə də sual yaranır:xa0 bu yaxınlaradək, ritorika belə idi: “Azərbaycan ərazisində ikinci erməni dövləti yaranmayacaq” və məşhur ”lazım gələrsə torpaqlarımızı müharibə yolu ilə azad edəcəyik”. Daha bu ritorikaxa0 yoxdur. Belə çıxır ki, erməni nazir hardasa həqiqətimi deyir? Bu sözlər camaatın başının altına yastıq kimi qoyulub və erməni rəsmiləri ilə görüşəndə ” bu daxili auditoriyaya ünvanlanıb” deməklə düşməni qane edən mövqedənmi çıxış edilir? Bu narahatedici suallara şəffaflıq gətirilməlidir.

Yazının əvvəlindəki fikirlərə qayıdaq. Paşinyanın Rusiya qarşısındakı reveranslarının mahiyyəti, Moskvanın qorxduğu “rəngli inqilab”la bağlı olmadığının təsdiqidir. Bu, bir daha Ermənistanın müstəqilliyinin vassallığa bərabər olduğunun göstəricisidir, eyni zamanda düşmənin necə hiyləgər ( əslində ağıllı) oyunlar qurduğunu sübut edir. Bu oyunun 31 yaşı gələn ay tamam olacaq və 2019-cu il bütövlükdə gərgin il olacaq.Təkcə Qarabağda yox, bütün regionda gərginlik artacaq. Ona görə də şəraitin hansı tərəf üçün əlverişli olacağı hələ məlum deyil və mürəkkəb geopolitik situasiyalardan keçəcək. Üstəlik beynəlxalq iqtisadi böhranın bu ilin mart ayından başlayacağı haqqında proqnozlar gərginliyin artan xətt üzrə inkişaf edəcəyindən xəbər verir. Burda nəyinsə, kiminsə xatirinə tələsmək də, ləngimək də Qarabağ problemində düzəlməsi mümkün olmayan hadisələrə, vəziyyətə gətirib çıxara bilər. 31 ildi ölçə bilmirik deyə, biçə də bilmirik. Yəni, indi “yüz ölçməyə” zaman olmasa da, “bir biçib” təndirə düşməyin də fəlakətli olacağı qarşımızdadır. Azərbaycan xalqının, Azərbaycan dövlətinin şüurlarda və əməldə edəcəyi inqilabın adı nə “rəngli”, nə “məxməri” deyil, elə Qarabağı azad edəcək Qarabağ inqilabı olmalıdır. Bundan sonra erməni lap bütün rənglərdə inqilab etsin, xeyri olmayacaq.

İlham İsmayıl
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO