Azərbaycan Ordusunun hərbçisi öldürülüb. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 19-da Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Tural Vaqif oğlu Abdullayev Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində Elvin Mansurov və Vasif Həsənov tərəfindən döyülüb. Ağır bədən xəsarətləri alan T. Abdullayev Müdafiə Nazirliyinin hospitalına yerləşdirilib.
T. Abdullayevin aldığı xəsarət ağır olduğundan onu xilas etmək mümkün olmayıb, o bu gün hospitalda dünyasını dəyişib.
Moderator.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.