Ağsuda kütləvi bıçaqlanma baş verib:  4 nəfər ağır yaralanıb

Ağsuda kütləvi bıçaqlanma baş verib: 4 nəfər ağır yaralanıb

Hazırda oxunan: Ağsuda kütləvi bıçaqlanma baş verib: 4 nəfər ağır yaralanıb

159556
Ağsu rayonunda kütləvi dava zamanı 4 nəfər bıçaqlanıb. APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saatlarında rayonun Rəhimli kəndində keçirilən mərasimdə qeydə alınıb. Kənd sakinlərindən birinin hərbi xidmətə yola salınması münasibətilə keçirilən mərasimdə spirtli içki qəbul edən iki qonşu kəndin gəncləri arasında kütləvi dava baş verib.
xa0
Hadisə zamanı Rəhimli kənd sakinləri - 1993-cü il təvəllüdlü Bəhramov Elvin Oqtay oğlunu, 1991-ci il təvəllüdlü Heybətov Elvin Şahvələd oğlunu, 1988-ci il təvəllüdlü Mikayılov İntiqam Abdul oğlunu və 1978- ci il təvəllüdlü Əliyev İsrafil Kiçikağa oğlu bıçaqlanıb. Həmin şəxslərin rayonun Ağarx kənd sakini tərəfindən bıçaqlandığı və onun hadisə yerindən qaçıb gizləndiyi bildirilir. Hazırda rayonun polis əməkdaşları hadisəni törədən şəxsin tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
xa0
Yaralılar Ağsu rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib. Cərrahiyyə əməliyyatı olunan yaralılar hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Onların vəziyyəti orta-ağır olaraq qalır. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
xa0
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO