Qızılın qiyməti niyə bahalaşır və yaxud sərmayəni hansı bazara qoymalı?

Qızılın qiyməti niyə bahalaşır və yaxud sərmayəni hansı bazara qoymalı?

Hazırda oxunan: Qızılın qiyməti niyə bahalaşır və yaxud sərmayəni hansı bazara qoymalı?

67185
Moderator.az xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu xa0qızılın qiymətinin bahalaşma səbəblərindən və hazırki durumda sərmayəni hansı bazara qoymaq lazım olduğu barədə dəyərli məlumatlar verib.

"Hazırda Azərbaycanın daxili bazarında sürətlə bahalaşan qızıldır. Əldə olunun məlumatlara gözə qiymətlərin artım səviyyəsi son 1 ayda 20-30 faiz səviyyəsində olub. Bu dəyişikliyi şərtləndirən səbəbləri aşağıdakı kimi qruplaşdırmaq olar. 1-si Azərbaycanda əhalinin əmanətlərində gələn gəlirlərin bu ildən başlayaraq vergiyə cəlb edilməsi ikili effekti yaratmaqdadır. Bir tərəfdən ildən-ilə aşağı düşən faiz gəlirləri ilə yanaşı, əldə edilən gəlirləin 500 manatından çoxuna 10 faiz vergi qoyulması, eləcə də milli valyutaların qonşu ölkələrdə dəyərsizləşməsinin Azərbaycan manatına psixoloji tərsirləri əmanət bazarına sərmayə qoyulmasına marağı azaldır. Eyni zamanda əmanətlərin banklardan geri çəkilməsi prosesi də gedir. Bu halda əhalinin əlində cəmləşmiş sərbəst vəsaitlər yeni və sərfəli bazarlar axtarır. Bu halda Azərbaycanda 2 ənənəvi alternativ bazarda investisiya imkanları nəzərdən keçirilə bilər. Onlardan biri ımlak bazarıdır ki, bu bazarda da qiymətlərin ucuzlaşması tendensiyası başlayıb. İkinci bazar isə qızıl bazarıdır ki, orda əksinə qiymətlərin bahalaşması prosesi müşahidə olunur. Bu prosesə dünya bazarında bu ildən başlayaraq qızılın artan qiymətləri də təsir göstərir. Belə ki, qızıl bazarında ötən ilin sentyabrın ortalarından başlayan ucuzlaşma hazırda bahalaşma ilə əvəzlənib. Hazırda 1 troya unsiyası qızılın qiyməti 1257 ABŞ dollarıdır ki, bu da 20 gün bundan əvvəlki qiymətdən 70 dollar yuxarıdır. Nəhayət, bu bazarda qiymətlərin artımını şərtləndirən daha bir amil Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının aksiz dərəcələrinin qaldırılmasıdır. Bütün bunlar da qızıl bazarda qiymətlərin daha yüksək sürətlə artımına gətirib."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO