Türkiyənin Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla ticarət dövriyyəsi 2021-2025-ci illərdə 72,2 milyard dollar təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə "turkiyetoday.com" saytı yazıb.
Bu dövrdə Türkiyə sözügedən ölkələrə 41,6 milyard dollarlıq məhsul ixrac edib, 30,6 milyard dollarlıq məhsul idxal edib. Beləliklə, Türkiyənin həmin dörd ölkə ilə ticarət profisiti 10,9 milyard dollar olub.
Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, bu ilin ilk 9 ayında Türkiyənin həmin ölkələrə ixracı 4,8 milyard dollara çatıb.
Bizim.Media



































































































