Azərbaycan Bolqarıstana neft satışından gəlirini KƏSKİN ARTIRIB

Azərbaycan Bolqarıstana neft satışından gəlirini KƏSKİN ARTIRIB

Hazırda oxunan: Azərbaycan Bolqarıstana neft satışından gəlirini KƏSKİN ARTIRIB

632077

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Bolqarıstana 358 min 843 ton xam neft ixrac edib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 253 milyon 113,5 min ABŞ dolları təşkil edib.
 

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 7 ayı ilə müqayisədə 4,5 dəfə, dəyəri isə 5,25 dəfə çoxdur. Bolqarıstana ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 2,8 % olub.


Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 8 milyard 32 milyon 903,55 min ABŞ dolları olan 12 milyon 722 min 591 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO