“iPhone 18 Pro”nun qiyməti AÇIQLANDI

“iPhone 18 Pro”nun qiyməti AÇIQLANDI

Hazırda oxunan: “iPhone 18 Pro”nun qiyməti AÇIQLANDI
620185
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Apple” şirkətinin payızda təqdim edəcəyi flaqman modeli “iPhone 18 Pro”nun ilkin satış qiyməti gözləniləndən xeyli baha ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Belə ki, smartfonun baza versiyasının qiymətinin 1299 dollardan başlayacağı gözlənilir ki, bu da hazırkı “iPhone 17 Pro” ilə müqayisədə 200 dollar bahadır.

Qiymət artımının əsas səbəbi cihazın maya dəyərinin kəskin yüksəlməsidir. İstehsal xərclərinin artmasına birinci növbədə operativ (RAM) və fləş-yaddaş (daxili yaddaş) mikrosxemlərinin bahalaşması, həmçinin yeni aparat təminatı həllərinin tətbiqi təsir göstərir.
 

“TechInsights” araşdırma şirkətinin məlumatına görə, yeni nəsil smartfonlar üçün nəzərdə tutulan 12 QB-lıq operativ yaddaş dəstinin qiyməti cari modellərlə müqayisədə dörd dəfəyə yaxın arta bilər. Eyni vəziyyət daxili yaddaş bazarında da müşahidə olunur və burada da qiymətlər bir neçə dəfə yüksəlib.


Hesablamalara görə, dəyişikliklər fonunda baza “iPhone 18 Pro” modelinin maya dəyəri 582 dollardan 726 dollara qədər qalxa bilər.

Cari gəlirlilik səviyyəsini qorumaq üçün “Apple” artan xərclərin bir hissəsini birbaşa alıcının üzərinə qoymağa məcbur olacaq.

Qeyd edək ki, “Apple”ın rəhbəri Tim Kuk artıq şirkətin yaddaş çiplərinin bahalaşması səbəbindən qiymətləri qaldırmağı planlaşdırdığını etiraf edib. O bildirib ki, texnologiya nəhəngi bu xərcləri artıq öz büdcəsi hesabına kompensasiya edə bilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO