Buğda qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

Buğda qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

Hazırda oxunan: Buğda qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

610145

İran ətrafında cərəyan edən proseslər qlobal kənd təsərrüfatı sektorunu da zərbə vurub.

Belə ki, İrandakı hərbi münaqişə kimyəvi gübrələrin qiymətlərində kəskin artıma səbəb olub. Bu isə öz növbəsində 2027-ci ilin taxıl məhsulunu təhlükə altına alır.

Bildirilir ki, müharibə Yaxın Şərqdəki əsas logistika yollarını iflic edib. Nəticədə son dörd ildə gübrə bazarında ikinci qiymət şoku baş verib. Qlobal taxıl qiymətlərinin aşağı olması ilə fermerlər artan xərcləri ödəyə bilmirlər. Əkin xərcləri bir çox təsərrüfat üçün əlçatmaz hala gəlir.

Əkin sahələrini və gübrə tətbiq nisbətlərinin azalması isə məhsuldarlığın kəskin şəkildə aşağı düşməsi və qlobal ərzaq bazarında qeyri-sabitliyə səbəb ola bilər.
 

Mütəxəssislər xəbərdarlıq edir ki, əgər logistika yaxın aylarda bərpa olunmazsa, dünya yeni bir qida inflyasiyası ilə üzləşəcək. Bu açıqlamalar onu deməyə əsas verir ki, gələn il dünyada buğda böhranı gözlənilir.


Qeyd edək ki, Azərbaycan da buğda tələbatının təmin edilməsində idxaldan asılılıq mövcuddur.

Belə ki, Azərbaycana 1 milyon 267,3 min ton buğda idxal edilib ki, bunun dəyəri 275,6 milyon ABŞ dollarına bərabər olub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal həcmi əvvəlki ilə nisbətən 1,9% azalsa da, ümumi dəyərdəki azalma 1,5% təşkil edib.

Ötən il ölkəyə idxal edilmiş buğdanın əsas hissəsi Rusiya və Qazaxıstandan gəlib və orta qiymət 369,7 manat olub. Bu göstərici Azərbaycanın ümumi idxalının 1,13%-ni təşkil edir və qida təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

Mövcud vəziyyətdə buğda bahalaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, mövcud vəziyyətdə dünya bazarlarında taxılın, o cümlədən buğdanın qiymətinin yüksəlməsi ehtimalı böyükdür:
 

“Hörmüz boğazı ilə bağlı loqikstika məsələləri tənzimlənməsə bu bahalaşma qaçılmaz olacaq. Dünya bazarının gübrəyə olan tələbatının əhəmiyyətli hissəsi məhz Hörmüz boğazı vasitəsilə təmin edilirdi. Azot əsaslı karbamid və amonyak gübrələri buğda, qarğıldalı istehsalında əvəzolunmazdır. Eyni zamanda, Qətərdə sənaye məhəlləsinə zərbələrin vurulması da logistik və istehsal prosesinə zərbə vurub. Belədə bazarda boşluq yaranıb. Bazar da bu duruma reaksiya verib. Martda ərzağın qiymətində 2,5-2,7 faizlik bahalaşma baş verib”.


Bundan əlavə, yanacağın daşınması üçün logistik xərclər yüksəlib. Bütün bu göstəricilər dünya bazarında taxıl, o cümlədən buğdanın bahalaşmasına şərait yaradacaq dəhliz formalaşdırıb. Yəni, bahalaşmanın baş verməsi qaçılmazdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO