Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Ukraynaya 265,73 min ABŞ dolları dəyərində 30,28 ton qara çay ixrac edilib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin ilk iki ayı ilə müqayisədə dəyər ifadəsində 43,9%, həcm ifadəsində isə 45,5% artıb.
Məlumat üçün bildirək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda 2 644,3 ton çay istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% çoxdur.
I rübdə Azərbaycandan xarici bazarlara 1 milyon 758 min ABŞ dolları dəyərində 204,12 ton çay ixrac edilib. Çay ixracı 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə dəyər baxımından 15,1%, həcm baxımından isə 18,2% artıb.
Həmin dövrdə ölkəyə 20 milyon 378 min ABŞ dolları dəyərində 3 158,63 ton çay idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 19,8%, həcm baxımından isə 23,6% azalıb.
Yanvar-mart aylarında çayın 1 kiloqramının orta ixrac qiyməti 14,6 manat, orta idxal qiyməti isə 11,1 manat təşkil edib. (apa.az)
Bizim.Media

































































































