Yumurta ucuzlaşacaq – Bu TARİXDƏN

Yumurta ucuzlaşacaq – Bu TARİXDƏN

Hazırda oxunan: Yumurta ucuzlaşacaq – Bu TARİXDƏN
608233
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Novruz bayramından sonra yumurtaya tələbat nisbətən azalıb. Buna paralel olaraq, aprel ayından etibarən bazarda  “kənd yumurtası”nın təklifi artıb. Artan tələbat qiymətə öz təsirini göstərib. Bir ay əvvəl 40 qəpiyə satılan “kənd yumurtası” hazırda 25-30 qəpiyə təklif edilir.

Bəs mövcud vəziyyət fabrik istehsalı olan yumurtanın da qiymətinə təsir edəcəkmi?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, ölkəmizin hazırkı gündəlik yumurta təlabatı 4 milyon ədəddən bir qədər çoxdur:

“Ümumi istehsalımız isə gündə 6 milyon ədədə yaxındır. Nəzərə alaq ki, Azərbaycanda yumurtaya olan tələbat yerli istehsal hesabına ödənilir. Bayramlardan sonra bazarlarda “kənd yumurtası”nın miqdarı artıb. Digər tərəfdən aprel-may aylarında ənənəvi olaraq turizm mövsümü başlayır və insanlar səyahətdə olarkən digər qidalarla yanaşı yumurta istehlakını da azaldır. Bundan başqa məktəblərdə tətil yaxınlaşır. Bu faktor da yumurtaya tələbatı azaldır. Ona görə hesab edirəm ki, may ayından etibarən yumurtanın qiymətində ucuzlaşma olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO