Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Hazırda oxunan: Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI
604260
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-da benzinin 1 qallonu 2022-ci ilin avqust ayından bəri ilk dəfə olaraq 4 dollardan çox bahalaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Avtomobil Assosiasiyasının məlumatında deyilir.

Bildirilir ki, ölkə üzrə benzinin 1 qallonunun pərakəndə satış qiyməti 4,02 dollara yüksəlib.

Yaxın Şərqdəki münaqişənin başlanğıcından bəri ABŞ-da benzin qiymətləri 1 dollardan çox artıb.

ABŞ və İsrailin İrana hücumlarından bir gün əvvəl Birləşmiş Ştatlarda benzinin 1 qallonunun qiyməti 2,98 dollar idi.

Ekspertlərə görə, ABŞ-da benzin qiymətlərinin 1 dollar artması, digər iqtisadi təsirlər nəzərə alındıqda belə, istehlakçı etimad indeksini 4,5 bənd və ya daha çox aşağı salır.

Həmçinin qiymətlərinin 1 dollar artması ilə insanların iqtisadiyyata baxışı təxminən 5 faiz pisləşir.

Qeyd edək ki, ABŞ xam neftinin bir barelinin qiyməti 2022-ci ildən bəri ilk dəfə olaraq 100 dollardan çox artıb.

Həmçinin ABŞ-ın neft etalon indeksi mart ayında 50 faizdən çox artaraq 2020-ci ilin may ayından bəri ən böyük artımı qeydə alıb.

Bu artım benzin və dizel yanacağı kimi istehlak mallarında daha çox özünü göstərir.

Belə ki, dizelin 1 qallonunun qiyməti 5,4 dollardan yuxarı qalxıb və bu da ümumi iqtisadiyyat üçün ciddi problem yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO