Bakıda dana əti BAHALAŞDI

Bakıda dana əti BAHALAŞDI

Hazırda oxunan: Bakıda dana əti BAHALAŞDI
594029
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda dana ətinin qiymətində artım davam edir və bu bahalaşma xüsusilə paytaxt Bakıda daha qabarıq şəkildə hiss olunur. Son aylarda bazarlarda və satış məntəqələrində qiymətlərin yüksəlməsi alıcıların narazılığına səbəb olub.

Bizim.Media xəbər verir kli, “Musavat.com” müxbirinin vətəndaşlardan aldığı məlumata və qəssabxanalarda apardığı müşahidələrə görə, ötən ilin sonunda Bakıda bir kiloqram sümüklü dana əti əsasən 16 manat 50 qəpiyə satıldığı halda, hazırda qiymət 17 manat 50 qəpikdən 18 manata qədər yüksəlib.

Alıcılar qeyd edirlər ki, bəzi yerlərdə qiymətlər daha da baha təklif olunur.
 

Rayonlarda da dana ətinin qiymətində artım müşahidə edilir. Bölgələrdə bahalaşma paytaxtla müqayisədə nisbətən zəif olsa da, əvvəlki dövrlərlə müqayisədə qiymət fərqi artıq hiss olunur.


Mütəxəssislər bahalaşmanı yem xərclərinin artması, daşınma və saxlanma xərcləri, eləcə də bazarda təklif-tələb balansı ilə əlaqələndirirlər. Vətəndaşlar isə qiymət artımının ailə büdcəsinə ciddi təsir etdiyini deyir və yaxın aylarda ucuzlaşma olacağına ümidlərinin az olduğunu bildirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO