Yohannis: “Xəzər qazı barədə İlham Əliyevin verdiyi təminatlar Avropa bazarlarında sabitliyi təmin edə bildi”

Yohannis: “Xəzər qazı barədə İlham Əliyevin verdiyi təminatlar Avropa bazarlarında sabitliyi təmin edə bildi”

Hazırda oxunan: Yohannis: “Xəzər qazı barədə İlham Əliyevin verdiyi təminatlar Avropa bazarlarında sabitliyi təmin edə bildi”

593347
“2022-ci ildə biz görünməmiş enerji çağırışları ilə üzləşdik. Bunlar qazın çatışmaması və ya münasib, əlçatan qaz təchizatının olmaması, qiymətlərin dəyişkənliyi, bazarda qeyri-sabitlik idi”.
 
Moderator.az xəbər verir ki, bu fikri Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
 
Onun sözlərinə görə, bu çağırışlar kompleks siyasət və tənzimləyici qaydaları tələb edir.
 
“Avropa bazarına Xəzər qazının çatdırılması barədə Azərbaycan adından İlham Əliyev tərəfindən şəxsən verilmiş təminatlar bazarlar üçün ən çətin anda çoxdan tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin edə bildi”, - deyə Rumıniya Prezidenti vurğulayıb.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO