Ötən il Azərbaycan əhalisi benzinə nə qədər pul xərcləyib?

Ötən il Azərbaycan əhalisi benzinə nə qədər pul xərcləyib?

Hazırda oxunan: Ötən il Azərbaycan əhalisi benzinə nə qədər pul xərcləyib?
591727
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən il Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3 milyard 856,3 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 7,8 % çoxdur.

Ötən il ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,7 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 67,6 milyard manatlıq, o cümlədən 36,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 30,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 %, qeyri-ərzaq malları üzrə 6,8 % artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO