Bu ölkələrdən bibər tədarükünə BAŞLANILDI

Bu ölkələrdən bibər tədarükünə BAŞLANILDI

Hazırda oxunan: Bu ölkələrdən bibər tədarükünə BAŞLANILDI
590348
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 5,5 milyon ABŞ dolları dəyərində 7 min 753 ton bibər idxal edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Aparılan hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2%, kəmiyyət olaraq – 3 % azdır.
 

Hesabat dövründə Azərbaycan İrandan 4,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % az) 6 min 980 ton (-4%), Türkiyədən 566 min ABŞ dolları dəyərində (+14 %) 771 ton (+9 %), Niderlanddan 2,1 min ABŞ dolları dəyərində (-24 %) 2,4 ton (-32 %), Tailanddan 1,9 min ABŞ dolları dəyərində 0,2 ton (1 il əvvəl tədarük olmayıb), Argentinadan 0,4 min ABŞ dolları dəyərində 0,02 ton məhsul alıb.


Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yaponiyadan (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) və Argentinadan tədarük həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO