Büdcədənkənar fondların hüquqi şəxs olmasına dair tələb ləğv edildi

Büdcədənkənar fondların hüquqi şəxs olmasına dair tələb ləğv edildi

Hazırda oxunan: Büdcədənkənar fondların hüquqi şəxs olmasına dair tələb ləğv edildi

52270

Azərbaycan parlamenti büdcədənkənar fondların hüquqi şəxs olmasına dair tələbi ləğv edib.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan “Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclis Prezidenti TƏBRİK ETDİ  


Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, ölkədaxili qanunvericilik büdcədənkənar fondun hüquqi şəxs olmadan yaradılmasını “Büdcə sistemi haqqında” qanunla yanaşı Mülki Məcəllə ilə də məhdudlaşdırır.

Qanunun redaksiya edilməsi halında yeganə məhdudiyyət Mülki Məcəllə olaraq qalır ki, maliyyə-büdcə sahəsinin ümumi, Mülki Məcəllənin isə xüsusi hüquq sferası olduğu əsas gətirilməklə bu məhdudiyyətin praktiki olaraq aradan qaldırılması mümkündür. 

Eyni zamanda, mövcud təcrübədə İşsizlikdən sığorta fondu hüquqi şəxs olmasa da, büdcədənkənar fond olaraq qəbul edilir.

Qanuna dəyişiklik layihəsi III oxunuşda qəbul edilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO