Daşkəsəndə yeni seysmik stansiya quraşdırıldı - FOTO 

Daşkəsəndə yeni seysmik stansiya quraşdırıldı - FOTO 

Hazırda oxunan: Daşkəsəndə yeni seysmik stansiya quraşdırıldı - FOTO 

44183

Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən Daşkəsən rayonunda yeni seysmik stansiyanın quraşdırılması işləri başa çatdırılıb. 

Bu barədə Bizim.Media-ya AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

Məlumata görə, İsmayıllı rayonunun Zərnava kəndində isə yeni seysmik stansiyanın quraşdırılması üçün ilkin bünövrə işləri görülüb.

Qeyd edək ki, beynəlxalq qrant layihəsi çərçivəsində mərkəz tərəfindən respublika ərazisində 22 seysmik stansiya quraşdırılacaq.

Bununla da ölkə ərazisində seysmik stansiyaların sayı 84-ə çatacaq. Seysmik stansiyalar şəbəkəsinin genişləndirilməsi respublika ərazisində aparılan seysmik tədqiqatların keyfiyyətinin yüksəldilməsinə xidmət edir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO