Azərbaycana gələn turistlər NİYƏ Bakını seçir? - SƏBƏBLƏR

Azərbaycana gələn turistlər NİYƏ Bakını seçir? - SƏBƏBLƏR

Hazırda oxunan: Azərbaycana gələn turistlər NİYƏ Bakını seçir? - SƏBƏBLƏR

44137

Sərt karantin tədbirlərinin yumşalması turizm sektorunda aktivliyin yüksəlməsinə səbəb olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 9 ayında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 66,3 faiz artaraq 1 milyon 340 min olub. Mehmanxalardan istifadə səviyyəsi əvvəlki ilə müqayisədə artasa da pandemiyadan əvvəlki dövrlərlə müqayisədə aşağı olaraq qalmaqdadır. Qeyd edək ki, pandemiyadan əvvəlki ildə- 2019-cu ildə ölkə üzrə mehmanxanalarda 3 milyon 345 min gecələmə keçirilmişdi.

Bizim.Media xəbər verir ki, iqtisadçı-deputat Vüqar Bayramov bu barədə “Facebook” hesabında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr - SİYAHI


Onun sözlərinə görə diqqət çəkən önəmli məqam əcnəbi turistlərin daha çox Bakı şəhərinə üstünlük verməsidir:

“Bu ilin ilk 9 ayında ölkəyə gələn turistlərin böyük əksəriyyəti rayonlara səfər etməyərək paytaxta üstünlük veriblər. Belə ki, əcnəbilər keçirdiyi gecələmələrin 82,9 faizi Bakıda, 5,3 faizi Qəbələdə, 3,2 faizi Qusarda, 2,1 faizi Naxçıvan Muxtar Respublikasında, 1,8 faizi Qubada, 1,6 faizi Şabranda, 1,3 faizi Naftalanda, 0,4 faizi Mingəçevirdə, 0,4 faizi Şamaxıda, 1,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Bu isə o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si rayonlara üz tutub. Bütövlükdə, əcnəbilər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35,0 faiz azalaraq 241,0 min olub ki, bu da ümumi gecələmələrin 18,0 faizini təşkil edir”. 

Deputat qeyd edib ki, ölkədə ümumi hoteldən istifadə də Bakı öndədir:

“Belə ki, gecələmələrin 46,3 faizi Bakıda, 8,8 faizi Xaçmazda, 8,5 faizi Qəbələdə, 5,8 faizi Şabranda, 5,7 faizi Qubada, 4,4 faizi Lənkəranda, 3,8 faizi Qusarda, 2,7 faizi Naftalanda, 1,8 faizi Qaxda, 1,7 faizi Şamaxıda, 1,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,3 faizi Masallıda, 1,1 faizi Mingəçevirdə, 0,7 faizi Gəncədə, 0,6 faizi Zaqatalada, 0,5 faizi Şəkidə, 0,5 faizi Astarada və 4,4 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Göründüyü kimi, turistlərin rayonlara marağının artırılması üçün sistemli tədbirlərin genişlənməsinə, stimullaşdırıcı kampaniyaların təşkilinə ehtiyac var”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO