Minimum əməkhaqqı nə qədər olmalıdır? – Deputatdan TƏKLİF

Hazırda oxunan: Minimum əməkhaqqı nə qədər olmalıdır? – Deputatdan TƏKLİF

37360

Azərbaycanda orta aylıq əmək haqqının 2023-cü ildə 850 manata çatdırılacağı gözlənilir. Bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilir.

Proqnozlara əsasən, 2019-cu ildə Azərbaycanda orta aylıq əmək haqqı 620,4 manat, 2020-ci ildə – 716,7 manat, 2021-ci ildə – 768,6 manat, 2022-ci ildə – 809,2 manat, 2023-cü ildə isə 849,9 manat təşkil edəcək.

Hazırda tariflərin artırılması nəzərdə tutulan orta aylıq əməkhaqqını labüdləşdirir. 

Bizim.Media-ya bu barədə danışan millət vəkili Razi Nurullayevin sözlərinə görə Azərbaycanda minimum əməkhaqqının nə qədər lazım olduğunu demək çox çətindir:

“Çünki Azərbaycanda qiymətlər və tariflər fərqli bir templə artır. Söhbət burada yalnız orta əməkhaqqından yox, əsasən əhalinin sosial cəhətdən daha həssas hissəsinin qorunmasından getməlidir. Əgər orta əməkhaqqı 850, hətta 1000 manata çatdırılacaqsa, bu, insanın orta səviyyədən aşağı yaşamasına kömək edə bilər”. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda “Aİ-95” və “Aİ-98” benzinin qiyməti BAHALAŞDI - YENİLƏNİB


Deputat qeyd edib ki, ümumilikdə Azərbaycanda əhalinin 30 faizi var ki, onlar çox az məbləğdə vəsaitlə yaşamalı olurlar:

“Bu nisbət 3 milyona yaxın insan deməkdir. Tam məsuliyyətimlə deyirəm ki, 2 milyon yarım-3 milyon insanın yaşayış səviyyəsi çox aşağıdır. Onların aylıq qazancı 200-300 manat arasındadır. Bəzilərinki isə 150-200 manat arasındadır. Bu fərqi aradan qaldıra bilməsək, onların yaşayış minimumunu orta səviyyəyə çatdırmasaq, həmin insanları rəqabətli işlə təmin etmək, yaxud biznes şəraiti yaratmasaq o zaman bu məsələdən danışmağa dəyməz. Yaşayış səviyyəsi aşağı olan insanların durumunu qaldırmalıyıq ki, cəmiyyətdə insanların sosial tarazlığı az da olsa bərabərləşsin”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO