Daha bir əməliyyat İcbari Tibbi Sığortaya daxil edildi - VİDEO

Daha bir əməliyyat İcbari Tibbi Sığortaya daxil edildi - VİDEO

Hazırda oxunan: Daha bir əməliyyat İcbari Tibbi Sığortaya daxil edildi - VİDEO
265736
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gözdəki ət artımı icbari tibbi sığorta ilə əməliyyat edilir.

Bizim.Media xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Sevil Əliyeva bildirib ki, "Pterigiumun" müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə əlçatandır.
 

Əməliyyat öncəsi ixtisaslı həkim müayinəsi, laborator və instrumental müayinələr, reanimasiyada və stasionarda yatış, əməliyyat zamanı istifadə olunan dərman, tibbi sərf icbari tibbi sığorta hesabına qarşılanır.


Ötən il ərzində icbari tibbi sığorta hesabına gözdə ət artımı cərrahi müdaxiləsi üzrə 2192 əməliyyat icra olunub.

Məlumata əsasən, "pterigium"un kəsiklə çıxarılması üzrə 284, transpozisiyası üzrə isə 1908 sayda cərrahi müdaxilə icra olunub.

Daha ətraflı videomaterialı təqdim edirik.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO