Qarabağ Universitetinə gələn il 17 milyon manat ayrılacaq

Qarabağ Universitetinə gələn il 17 milyon manat ayrılacaq

Hazırda oxunan: Qarabağ Universitetinə gələn il 17 milyon manat ayrılacaq
221573
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Növbəti ildə Qarabağ Universitetinin fəaliyyətinin genişləndirilməsi üçün 17 milyon manat vəsait nəzərdə tutulub”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
 

Nazir xatırladıb ki, bu il Qarabağ Universitetinin bakalavriat səviyyəsinə 1104 nəfər qəbul olunub: “Qəbul olan tələbələrin 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Gələn il Qarabağ Universitetinə 1200-1500 tələbənin qəbulu nəzərdə tutulub.


Həmçinin Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin genişləndirilməsinə 10 milyon manat vəsait proqnozlaşdırılıb”.

E.Əmrullayev əlavə edib ki, gələn il rəsmiləşən tələbə kreditlərinin sayı 60 minə çatacaq: “Təhsil Tələbə Krediti Fondunda artıq 44 mindən çox kredit rəsmiləşib. Gələn il rəsmiləşən kreditlərin sayı 60 minə çatacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO