Xaricə uçuşların sayı 21 %-ə yaxın artdı

Xaricə uçuşların sayı 21 %-ə yaxın artdı

Hazırda oxunan: Xaricə uçuşların sayı 21 %-ə yaxın artdı
205175
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 36 ölkəyə 14 915 aviareys təşkil olunub. 

Bizim.Media Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 ölkə (12,5 %) və 2 546 aviareys (20,6 %) çoxdur. 
 

Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 4 342 reys təşkil olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % çoxdur. 


İyul ayında Azərbaycandan xaricə təşkil olunan aviareyslərin sayı 12,6 % artarq 2 645 təşkil edib. Ötən ay Rusiyaya 718 reys təşkil olunub ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 10,1 % çoxdur. 


7 ay ərzində Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 3 322 reys olub ki, bu da illik müqayisədə 7,2 % çoxdur. 

İlk üçlüyə 1 752 reyslə (+33,1 %) Birləşmiş Ərəb Əmirlikləri daxil olub. Daha sonra, TOP-10-luğa Gürcüstan 1 163 (35 % çox), Səudiyyə Ərəbistanı 508 (4,9 % az) , Qazaxıstan 460 ( 5 % çox), Hindistan 373 (7,4 dəfə çox) , Qətər 345 (63,5 % çox), Küveyt 248 (24,6 % çox) və Özbəkistan 246 (56 % az) daxil olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO